Çərşənbə , Noyabr 11 2026
azfa

Tramp: “Lazım gələrsə, İranın nüvə obyektlərinə yenidən hücum edəcəyik”

GADTB: ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək İranın nüvə obyektlərinə mümkün yeni hava zərbələri ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, lazım gələrsə, bu obyektlərə yenidən hücum ediləcək.

Tramp paylaşımında CNN kanalını və onun müxbirini tənqid edib: “Saxta CNN tezliklə məndən və İranın nüvə obyektlərini məhv edən böyük pilotlardan üzr istəməlidir”. O, İranın nüvə proqramının hədəfə alınmasını bir daha müdafiə edib.

Xatırladaq ki, CNN kanalı iyul ayında xəbər verib ki, ABŞ-nin son hava zərbələri İranın nüvə infrastrukturunu tam məhv etməyib, yalnız atom proqramını cəmi bir neçə ay ləngidib. Bu xəbər Tramp və media arasında gərginliyi yenidən artırıb. /Azad Iran

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …