Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Dəniz Zenuzi Təbriz ETTELAAT idarəsinə çağrılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı milli-mədəni fəal Dəniz Zenuzi Təbriz ETTELAAT idarəsinə çağrılıb. Azərbaycanlı fəal bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxılıb.

Rejimin ETTELAAT qüvvələri xanım Zenuzini hədələyərək, onun Urmiya gölünə dəstək vermək və virtual məkanda bununla bağlı maarifləndirmə işi aparmağa haqqı olmadığını, əks halda həbs olunacağını bildiriblər.

Qeyd edək ki, son günlər Urmiya gölünün qurudulmasına etirazların kəskinləşməsi ilə rejim çox sayda azərbaycanlı fəalı həbs e4dib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …