Molla rejimi Urmiya gölünü qurudub sərvətlərini talayandan sonra Urmiyanın sarı maralları Kirmana aparır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünü qurudub, Azərbaycanın sərvətlərini talayan molla rejimi indi isə gölün adalarında yaşayan sarı maralların Kirmana aparılması prosesinə başlanılıb.

Kirman əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin sıdri Mustafa Niktəb bu barədə açıqlama verərək, deyib ki, Kirman indiyə kimi bu maral növünün yaşayış yeri olmayıb:

“Bu səbəbdən, əyalətdə sarı maralların yaşayış yerini müəyyən etmək üçün xüsusi araşdırmalar və işlər aparılır. Azərbaycan marallarının Kirmana köçürülməsi Urmiya gölündə baş verən dəyişikliklər, ekoloji problemlə bağlıdır”.

Urmiyanın sarı marallarının Kirmana aparılması barədə açıqlama azərbaycanlı sosial media istifadəçiləri tərəfindən narahatlıqla qarşılanıb. Onlar bunun Urmiya gölünün bərpa edilməyəcəyinə dair mesaj olduğunu bildiriblər.

Qeyd edək ki, Urmiya gölünün çox sayda adaıarı olub və həmin adalarda çox sayda heyvan yaşayıb. Gölün qurudulması ilə Urmiya gölü adalarında canlıların, o cümlədən maralların da sayı azalıb. Artıq maralların sayı 60-a çatıb.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …