Bazar , Sentyabr 27 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami müvəqqəti zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün avqust ayının 9-da azərbaycanlı milli-mədəni fəal Kyumərs İslami mülki vəsiqə qarşılığında rejimin Muğanda yerləşən zindanından müvəqqəti zaminə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami Babək Qalası Qurultayı zamanı irqçi faers rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O həbsxanada ağır cismi və ruhi işgəncələr altında saxlanılırdı.

Azərbaycanlı türk fəal müvəqqəti azadlığa buraxılmaması və ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması, eləcə də hakimin prosesi uzatmasına etiraz olaraq, iyulun 28-dən aclığa aclıq aksiyasına başlamışdı.

K.İslaminin ailəsi iyul ayının 26-da Parsabad Məhkəməsinə müraciət edərək hakim tərəfindən fəalın müvəqqəti azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqəni təqdim etmək istəyiblər, lakin məhkəmə irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin tapşırığı ilə vəsiqəni qəbul etməkdən imtina etmişdi.

Bundan əvvəl fəalın dosyesinə baxan hakim onun müvəqqəti azadlığa buraxılması üçün 120 milyon riallıq mülki vəsiqə qərarı çıxarılmışdı.

 

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın