Şənbə , May 30 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqiyə azadlıq tələbilə vərəqələr yayıldı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin məmurlarının oktyabr ayının 21-də Təbriz şəhərində yaxaladığı azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqiyə azadlıq tələbilə azərbaycanlı fəallar tərəfindən çoxsaylı vərəqələr hazırlanaraq şəhər səthində paylanılmışdır. Vərəqələrin üzərində “Azərbaycanın milli-mədəni fəalı Nəsim Sadiqi azad olsun” şüarı yazılıb.

Qeyd edək ki, oktyabr ayının 21-də yaxalanan fəal öz övladı ilə əlaqə saxlayaraq, rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığını xəbər vermişdi.

Azərbaycanlı fəal Nəsim Sadiqinin övladı da rejimin məhkəmə orqanlarına müraciət edib. Lakin onlar heç bir məlumat verməyərək, xəbərsiz olduqlarını iddia ediblər.

Həmçinin rejimin məmurları fəalın bir sıra şəxsi əşyası, o cümlədən mobil telefonu, kompüter və kitabları rejimin məmurları tərəfindən müsadirə edilərək aparılmışdır.

Fəalın yaxınlarının bildirdiyinə görə, onun yaxalanmasının sosial şəbəkələrdə fəal olması ilə bağlı olduğu ehtimal edilir.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …

Bir cavab yazın