Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Səhənd Məali müvəqqəti zəmanətlə sərbəst buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, şənbə günü iyul ayının 14-də azərbaycanlı milli-mədəni fəal Səhənd Məali 300 milyon riallıq vəsiqə qarşılığında Sarab zindanından zaminə buraxılıb.

İrqçi fars rejimin məhkəməsi azərbaycanlı fəalın zaminə buraxılması üçün vəsiqə təyin edilməsinə baxmayaraq rejimin təhlükəsizlik orqanı heç bir cinayət işləməmiş fəalın dosyesinin təkmil olmadığı bəhanə edərək onun zaminə buraxılmasını gecikdirirdi.

Qeyd edək ki, irqçi fars rejimin əmniyyət qüvvələri Sarab sakini olan Səhənd Məalini iyul ayının 5-də Babək Qalası Qurultayının keçirilməsi zamanı fəalın ata evinə hücum edərək yaxalamışdılar.

Rejimin məmurları həmçinin məhkəmə hökmü olmadan həmin azərbaycanlı fəalın ata evi və iş yerində axtarış aparmış, fəala məxsus komputer və şəxsi əşyaları zəbt etmişdir. İrqçi fars rejimin təhlükəsizlik qüvvələri həmçinin Səhənd Məalinin ailə üzvlərini təhqir edərək, hədələmişlər.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın