Çərşənbə , Sentyabr 16 2026
azfa

Azərbaycanlı milli-siyasi fəal Əyyub Şirinin məcburi yoxa çıxarılması ilə bağlı narahatlıq artır

GADTB: Azərbaycanlı milli-siyasi fəal Əyyub Şirinin taleyi ilə bağlı artıq üç gündür heç bir məlumat yoxdur. Onun saxlanılması ilə bağlı heç bir təhlükəsizlik və kəşfiyyat qurumu məsuliyyəti üzərinə götürməyib, ailəsi isə tam qeyri-müəyyənlik içində qalır.

Bu barədə saxlanılan fəalın qardaşı Davud Şiri beynəlxalq insan hüquqları təşkilatlarına ünvanladığı məktubda məlumat verib. O bildirib ki, qardaşı saxlanıldıqdan sonra ailəyə heç bir rəsmi məlumat verilməyib və müxtəlif kəşfiyyat, təhlükəsizlik və hərbi qurumlarla edilən çoxsaylı əlaqə cəhdləri nəticəsiz qalıb.

Davud Şiri qeyd edib ki, qardaşının saxlanılması ilə bağlı məsuliyyət daşıyan qurum müəyyən edilmədiyinə görə ailə onun sağlamlıq vəziyyəti, saxlanıldığı yer və saxlanma səbəbləri barədə heç bir məlumat ala bilmir. Onun sözlərinə görə, telefonla edilən müraciətlər zamanı da aidiyyəti qurumlar məsuliyyətdən yayınaraq konkret cavab vermirlər.

O, həmçinin bildirib ki, qardaşının saxlanılmasından dərhal sonra ölkədə rəsmi tətil günlərinin başlaması ailənin məsələni hüquqi yollarla araşdırmaq imkanlarını da çətinləşdirib.

Davud Şiri məktubunda ailənin ağır psixoloji vəziyyət keçirdiyini də vurğulayıb. Onun sözlərinə görə, anaları günlərdir göz yaşları içindədir, altı yaşlı övladı isə atasının taleyindən xəbərsiz halda böyük narahatlıq yaşayır. Eyni zamanda, həyat yoldaşı və digər ailə üzvləri də baş verənlər səbəbindən ciddi narahatlıq içindədir.

Sonda Davud Şiri beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edərək qardaşının taleyinə diqqət yetirməyə çağırıb və Əyyub Şirinin həyatına yönələ biləcək hər hansı təhlükəyə görə məsuliyyəti İran hakimiyyətinin təhlükəsizlik qurumlarının üzərinə düşdüyünü bildirib.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …