Cümə axşamı , Oktyabr 15 2026
azfa

İsrail Təbrizdə İranın hərəkətdə olan ballistik buraxılış qurğusunu vurub- Video

GADTB: İsrail ordusu Təbrizdə mobil ballistik raket buraxıcısı kimi istifadə edilən yük maşınını vurub. Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bildirilib ki, raket buraxıcısı məhv edilib və İsrailə raket atmaq planları pozulub.

IDF hücumu əks etdirən görüntüləri də yayımlayıb.

“İsrail Hərbi Hava Qüvvələri İranın raket buraxıcısı infrastrukturuna hücumları davam etdirir”, – məlumatda qeyd olunub.

https://t.me/GADTB1/51486

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …