Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı öyrənci və fəallar Təbrizdə vərəqələr yaymaqla etiraz aksiyalarında milli istəklərə təkid etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı öyrənci və fəallar Təbrizdə vərəqələr yaymaqla keçirilən etiraz aksiyalarında milli istəklərin gündəmə gətirilməsi zərurətinə təkid etdilər.

Şəhərin əksər məhəllələrində yayılan yazılı vərəqələrdə Azərbaycan türklərinə qarşı müstəmləkə siyasəti və haqsızlıqlara toxunularaq, etiraz aksiyalarının sırf bu məsələlərə qarşı keçirilməsinə çağırış ediblər.  

Sentyabrın 30-u gecə azərbaycanlı gənclər minlərlə vərəqə paylayaraq 43 illik molla hakimiyyəti dönəmində başqa xalqlarla yanaşı Azərbaycan türklərinə qarşı edilən haqsızlıqlara toxunulub.

Yayılan vərəqələrdə Azərbaycan türklərinin ana dilində təhsil almaqdan məhrum edilmələri, onların tarix və kimliklərinin saxtalaşdırılması, yeraltı və yerüstü sərvətlərinin fars bölgələrinə daşınması və başqa məsələlər qeyd olunub.

Çağırış vərəqələrinin bir hissəsində yazılıb: “43 ildir ki, qadınların öz geyim tərzlərini seçmək hüququ əllərindən alınıb, din və namus adı altında hakimiyyətin gerici ideoloji düşüncələri onlara təhmil edilib. 43 ildir haqq səsini qaldıranlara həbs, işkəncə və edamla cavab verilib”.

Vərəqələrdə Azərbaycana qarşı ayrıseçkilik, müstəmləkə siyasəti, Urmiya gölünün qurudulması və s. məsələlər də öz əksini tapıb.

Həmçinin yoxlayın

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. …