Cümə , Aprel 26 2024
azfa

Ukrayna Limanı və 5 məntəqəni işğaldan azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu Limanı və 5 məntəqəni işğaldan azad edərək şərqə doğru irəliləməkdə davam edir.

Artıq Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Liman şəhəri və daha 5 yaşayış məntəqəsindən qoşunların geri çəkildiyini təsdiqləyib.

Bu arada isə Ukrayna müharibənin 221-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 60 110 hərbçi, 2 377 ədəd tank, 4 975 ədəd zirehli döyüş maşını, 1 405 ədəd artilleriya sistemi, 337 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 176 hava hücumundan müdafiə sistemi, 264 ədəd hərbi təyyarə, 227 ədəd helikopter, 3 796 ədəd avtomobil texnikası, 1015 ədəd PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 131 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …