Bazar , Oktyabr 25 2026
azfa

Azərbaycanlı sənətkar Babək Nəhreyn Heyran gədiyində bu bölgənin Azərbaycana aid olduğunu vurğuladı-Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejiminin Azərbaycanı parçalama cəhdinə Azərbaycan türklərinin etirazı davam edir. Bu dəfə isə Güney Azərbaycanın tanınmış sənət adamı Babək Nəhreyn Heyran gədiyinə gedərək, bu bölgənin Azərbaycana aid olduğunu vurğuladı.

Nəhreyn Heyran gədiyində özündən bir film yaymaqla Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

O deyib: “Çalışırlar Heyran gədiyini başqa ərazilərə aid təqdim etsinlər. Lakin Heyran gədiyi Azərbaycan ərazisidir”.

Qeyd edək ki, irqçi fars rejimi Azərbaycanı parçalamaq istiqamətində indi də Heyran gədiyini Azərbaycandan qopararaq Ərdəbilə birləşdirmək istəyir. Daha əvvəllər isə Astaradan Rəştə qədər böyük bir ərazi Azərbaycandan qopardılaraq Gilan vilayətinə birləşdirilmişdir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın