Şənbə , Oktyabr 24 2026
azfa

Azərbaycanlı şair və fəal Məhərrəm Vəlipur işğalçı fars rejim tərəfindən yaxalandı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı şair və fəal, eləcə də Azərbaycan türkcəsi üzrə dil və ədəbiyyat ustadı olan Məhərrəm Vəlipur işğalçı fars rejim tərəfindən yaxalandı. Şairin oğlunun yaydığı videodan məlum olur ki, şair 2018-ci il noyabrın 10-da irqçi fars rejimin ETTELAAT İdarəsinin mülki geyimli məmurları tərəfindən Təbrizin Əmrəqız məhəlləsində yaxalanıb.

Azərbaycanlı şair Xoşnam təxəllüsü ilə də tanınır.

İrqçi rejimin ETTELAAT məmurları həmçinin ustad Xoşnamın evinə hücum çəkərək onu yaxaladıqdan sonra evdə axtarış aparıb və şairin bəzi şəxsi əşyalarını müsadirə ediblər. Hazırda onun vəziyyəti ilə bağlı heç bir məlumat verilmir.

Ustad Xoşnamın oğlu İbrahim Vəlipur yaydığı videoda atasının həbsi barədə məlumat verib.

Qeyd edək ki, ustad Məhərrəm Vəlipur 1989-cu ildən ədəbiyyat sahəsində fəaliyyət başlayıb. O mərhum Prof. Məhəmmədtağı Zehtabinin elmindən bəhrələnən ədəbiyyatçılardan biridir.

“Qonqa başındayam”, “Bəbəyimin özümü” və “Dənizliyimi dalğalanıram” kitabları ustad Xoşnamın nəşr olunmuş əsərlərindəndir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın