Azərbaycanlı şair və milli-mədəni fəal Məhəmməd Əbdülməhəmmədzadə yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2018-ci il oktyabr ayının 10-da Güney Azərbaycanın Təbriz şəhərində  “Çılqın Oxtay” kimi tanınan azərbaycanlı şair və milli-mədəni fəal Məhəmməd Əbdülməhəmmədzadə irqçi və işğalçı fars rejimin məmurları tərəfindən yaxalanıb.

Təbrizin Ayaqqabı bazarından verilən məlumata görə, Çılqın Oxtay həmin bazarda Ayaqqabı istehsalı işi ilə məşğuldur. Təbrizin Ayaqqabı bazarının tətil və etiraza başladığı gün azərbaycanlı fəal rejimin Sepah qüvvələrinin təhlükəsizlik bölməsi tərəfində yaxalanıb.

Azərbaycanlı şair və milli-mədəni fəal Əbdülməhəmmədzadənin tutulma səbəbi və harada saxlandığı barədə hələlik heç bir məlumat verilmir.

Həmçinin yoxlayın

Molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəalların həbsindən 17 ay ötür

GADTB: Azərbaycanlı fəallar Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Ayaz Seyfxah, Kərəm Mərdanənin …

İranın qatı müxalifi CENTCOM-a rəhbər təyin edildi

GADTB: ABŞ prezidenti Donald Tramp admiral Bred Kuperin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yeni komandanı vəzifəsinə …

Bir cavab yazın