Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycanlı siyasi məhbus aclıq eyləmi keçirir

Urmiya şəhərinin həbsxanasında saxlanılan siyasi məhbus Hamid Qaraoğlani aclıq eyləmi keçirir.

Aclıq aksiyası keçirən azərbaycanlı məhbus təkadamlıq kameraya salınıb. 5 ilə yaxındır həbsdə saxlanılan Qaraoğlani, şərti azadlığa buraxılması barədə müraciətlərinin cavabsız qalmasına etiraz olaraq aclıq edir.

Azərbaycanlı məhbus bundan əvvəl mart ayında da oxşar tələblə uzun müddətli aclıq eyləmi keçirdiyinə görə vəziyyəti ağırlaşmış və xəstəxanaya köçürülmüşdü.

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı ildə saxlanılıb, 28 sentyabr 2020-cı ildə Urmiya İnqilab Məhkəməsinin 2 saylı bölməsində mühakimə olunub.

“Müqəddəslərə hörmətsizlik”, “Xameneiyə hörmətsizlik” və “dövlət quruluşuna qarşı təbliğat” kimi ittihamlarla 13 illik həbs cəzasına məhkum edilmiş Hamid Qaraoğlani cəzasının üçdə bir hissəsini çəkdikdən sonra şərti azadlığa buraxılmaq üçün müraciət edib, lakin onun müraciəti cavabsız qaldğı üçün, o, 21 gündür aclıq aksiyasına başlayıb və hazırda onun həyatı təhlükədədir.

Qaraoğlani barəsində irəli sürülən ittihamların əsassız olduğunu və ondan işgəncə altında məcburi etiraf alındığını bildirib.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …