Çərşənbə , İyun 10 2026
azfa

Kürd terrorçu və narkobaron Zindəştinin əlaltıları urmiyalı blogerə qarşı terror törədiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyada kürd terrorçu və narkobaron Zindəştinin əlaltıları urmiyalı bloger Puyan Yəzdaniyə qarşı terror törədiblər.

Mayın 3-ü gecə saatlarında Puyan Yəzdani və həyat yoldaşı şəxsi avtomobilləri ilə hərəkət etdiyi zaman 3 avtomobillə onları izləyən bir qrup şəxs blogerə hücum edib.

Puyan Yəzdaninin avtomobilinin şüşələri sındırılıb, ona bədən xəsarətləri yetirilib.

Azərbaycanlı sosial media fəallının kürd narkobaron Naci Şərifi Zindəşti ilə bağlı tənqidi paylaşımlar etdiyinə görə, Zindəştinin yaxınları tərəfindən hücuma məruz qaldığı bildirilib.

Qeyd edək ki, terrorçu Sepah-a yaxınlığı ilə tanınan, keçmiş narkobaron və hazırda “xeyriyyəçi iş adamı” kimi qələmə verilən Naci Şərif Zindəşti həm də kürd terror qruplaşmaları ilə əlaqəli şəxs hesab edilir.

Budan əvvəl narkotik maddələrin alveri və qətldə ittiham olunan Zindəşti, bir müddət sonra həbsdən buraxılaraq Türkiyəyə gedib.

Orada əməllərini davam etdirən narkobaron, həm də, Türkiyədə yaşayan Tehran hökumətinin müxaliflərinin oğurlanaraq İrana gətirilməsi ilə məşğul olub.

Bir neçə ağır cinayətdə ittiham edilərək həbs olunan Naci Şərif Zindəşti, sonradan müəmmalı şəkildə Türkiyədə də həbsdən buraxılıb və İrana qayıdaraq, Qərbi Azərbaycanda böyük “biznes” şəbəkəsi yaradıb.

Həmçinin yoxlayın

İrana qarşı mümkün ssenariləri ilə bağlı ABŞ qüvvələrinin İsraildə gizli yerləşdirilməsi üzə çıxarıb

GADTB: Yeni araşdırma hesabatına görə, ABŞ ordusunun 82-ci Hava Desant Diviziyasının bir hissəsi Pentaqonun rəsmi …

Məhbuslar İranın 56 həbsxanasında edama qarşı aclıq aksiyası keçirirlər

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …