Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Azərbaycanlı siyasi məhbus İbrahim Nuri məhbusların hüquqlarını müdafiə edən Həmkarlar İttifaqının yaradılmasını tələb edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbus İbrahim Nuri həbsxanada məhbusların hüquqlarını müdafiə edən Həmkarlar İttifaqının yaradılmasını tələb edib.

Nuri bu barədə həbsdə olduğu Tehranın Evin zindanının sədri və Məhkəmə Sisteminin Xüsusi Təftiş Mərkəzinin rəisinə məktub yazıb.

Fəal məhbuslarla bağlı Cəzaçəkmə Müəssisələri Təşkilatının daxili qaydalarının 44-cü maddəsi, həmçinin mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin tətbiq edilməsini dəstəkləyən mərkəzin olmamasını əsas gətirərək belə bir sendikanın yaradılmasının vacib olduğunu bildirib.

Azərbaycanlı siyasi məhbus yazdığı məktubda məhbusların şərəf və ləyaqətinin qorunması haqqında ölkə konstitusiyasının 39-cu maddəsinə istinad edərək məhbusların şikayət, raport və təkliflərinin qəbul olunması haqda qaydalara düzəliş edilməsini də tələb edib. Azərbaycanlı siyasi məhbus bildirib ki, bunun üçün məhbusların yaradılacaq sendikası ilə qanunların icrasına nəzarət edən heyət, məhkəmə sisteminin insan hüquqları üzrə mərkəzi və digər insan hüquqları qurumları arasında əməkdaşlıq etmək üçün şərait yaradılmalıdır.

 Qeyd edək ki, azərbaycanlı siyasi məhbus İbrahim Nuri Qarabağ və uyğur müsəlmanlarının hüquqnu müdafiə etdiyi üçün irqçi fars rejim tərəfindən şərlənərək zindana salınıb.

Həmçinin yoxlayın

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …

Bir cavab yazın