Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Azərbaycanlı siyasi məhbus Kərim İsmayılzadə aclıq aksiyasının doqquzuncu günündə səhhətinin pisləşməsi səbəbindən Təbrizdəki İmam Rza xəstəxanasına köçürülüb

GADTB: Azərbaycanlı vəkil Sina Yusifinin verdiyi məlumata görə, ətraf mühitlə bağlı fəaliyyəti və Urmiya gölünün ekoloji böhranı ilə əlaqədar keçirilən aksiyalarda iştirakı səbəbindən həbs olunmuş siyasi məhbus Kərim İsmayılzadə 9 gün əvvəl öz vəziyyətinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Məlumata əsasən, 2025-ci il oktyabrın 29-da səhər saatlarında onun səhhətinin son dərəcə pisləşməsi səbəbindən həbsxana rəhbərliyi məcbur qalaraq İsmayılzadəni Təbrizin İmam Rza xəstəxanasına köçürüb. Lakin təhlükəsizlik qüvvələri onun ailə üzvlərinin xəstəxanada onunla görüşməsinə icazə verməyib.

Hazırda Kərim İsmayılzadənin sağlamlıq durumu və xəstəxanadakı vəziyyəti barədə dəqiq məlumat yoxdur, ailəsi isə onun həyatının təhlükədə olmasından ciddi narahatdır.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …