Çərşənbə , Avqust 26 2026
azfa

Azərbaycan JF-17 aldı – İrəvanın “cavabı”

GADTB: Ermənistan Hindistanla “Hindustan Aeronautics Limited” şirkətinin istehsalı olan Su-30MKI çoxməqsədli qırıcı təyyarələrinin alınması ilə bağlı müqaviləni yekunlaşdırıb. Qırıcı alışının danışıqları son mərhələdədir və bu, Azərbaycanın Pakistan istehsalı olan 40 JF-17C Block-III qırıcı təyyarəsi almasına cavab tədbiri kimi qiymətləndirilir.

Bu barədə “İndian Defens Nyus” məlumat yayıb.

“Bu müqavilə Hindistan və Ermənistan arasında hərbi-texniki əməkdaşlığın daha da gücləndirildiyini göstərir. Son illərdə iki tərəf artıq bir sıra müqavilə bağlayıb, o cümlədən “Pinaka” raket sistemləri, “Svati” əks-batareya radarları və tank əleyhinə sursatların təchizatı barədə. Hindistan Hərbi Hava Qüvvələrinin onurğa sütunu olan Su-30MKI qırıcı təyyarəsi ikili AL-31FP dartma vektorlu mühərrikləri, qabaqcıl radar dəsti və həm Hindistan, həm də Rusiya istehsalı olan silahlardan istifadə etmək qabiliyyəti ilə tanınır. Müqavilənin dəyəri 2,5 ilə 3 milyard dollar arasında dəyişir. Birinci mərhələyə 8-12 qırıcının çatdırılması, eləcə də personalın təlimi, yerüstü avadanlıqlar və fərdi silahların inteqrasiyası daxildir. İlk tədarükün 2027-ci ilin sonundan 2029-cu ilə qədər yekunlaşması gözlənilir”, -məlumatda deyilib.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …