Çərşənbə , İyun 17 2026
azfa

Azərbaycanlı siyasi məhbus Rza Vasiqi vəsiqə qarşılığında məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Rza Vasiqi dünən dekabr ayının 18-də girov qarşılığında bir həftəlik məzuniyyətə buraxılıb.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar 2020-ci il avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilmişdi.

Həmçinin yoxlayın

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar …

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …