Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Türk ölkələri Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayacaqlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkələri Azərbaycan və Qırğızıstan 2022-ci ildə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayacaqlar.

Bu barədə Qırğızstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev mətbuata açıqlamasında verib.

Onun sözlərinə görə, Azərbaycanla Qırğızıstan arasında münasibətlər daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.

“Bundan əlavə, 2022-ci ildən bütün sahələrdə, xüsusən, təhsil və nəqliyyat sektorunda, birgə layihələrin hazırlanması və təsdiqi, investisiya fondunun yaradılması, Qırğızıstanda neft emalı zavodunun tikintisi və s. əməkdaşlığın intensivləşdirilməsi planlaşdırılır”, – səfir Osmonaliyev bildirib.

O, həmçinin, qeyd edib, gələn il iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində sənədlərin imzalanması gözlənilir.

“Gələn il Bakı ilə Bişkek arasında qardaşlaşma, eləcə də Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi haqqında sazişin imzalanacağı gözlənilir. Eyni zamanda, siyasi və diplomatik əlaqələrin möhkəmləndirilməsi, iqtisadi, mədəni və humanitar əlaqələri saxlanılması haqqında bəhs etmək olar. Bu mənada, humanitar sahədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur”, – Osmonaliyev vurğulayıb.

Həmçinin yoxlayın

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Tehranda irqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə Azərbaycan Respublikasına qarşı aksiya keçirilib

GADTB: İrqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə bazar günü Tehranda, Azərbaycan Respublikasının səfirliyinin qarşısında …