Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanlı siyasi məhbusların vəziyyətinə etiraz; “Tehranda seçkilər, Azərbaycanda aclıq aksiyası”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı siyasi məhbusların vəziyyətinə etiraz olaraq divarlara şüarlar yazılıb.

Bu məqsədlə iyunun 11-də Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəallar İran zindanlarında həbsdə saxlanılan azərbaycanlı məhbuslara, o cümlədən Abbas Lisaniyə qarşı zindan məsulları və təhlükəsizlik qurumlarının tətbiq etdikləri məhdudiyyətlər, onlara qarşı göstərdikləri təzyiqlərə etiraz olaraq şəhər divarlarına müxtəlif məzmunlu etiraz şüarları yazıblar.

Azərbaycanlı fəallar divarlara “Abbas Lisani bir millət üçün fədakarlıq edir, millət onun üçün fədakarlıq edəcək”, “Tehranda seçkilər, Azərbaycanda aclıq aksiyası”, “Hazır və fədakar olacayıq”, “#Abbas_Lisani” və s. belə şüarlar yazıblar.

Qeyd edək ki, Abbas Lisani iyunun 10-da ailəsi ilə telefon danışığında zindan məsullarının ona qarşı müxtəlif vasitələrlə təzyiq göstərdiyini bildirib. Siyasi məhbusun sözlərinə görə, ağır cinayətə görə məhkum olunan cinayətkarı onun saxlanıldığı kameraya buraxıblar və bu vasitə ilə ona mənəvi və psixoloji təzyiq göstərməyə çalışırlar. Abbas Lisani bu haqsızlığa etiraz olaraq şənbə günündən aclıq aksiyasına başladı.

Həkimlərin rəyinə əsasən Abbas Lisani bel fəqərələrinin ekokardioqrafiyası və MRT müayinəsinə ehtiyacı var. Lakin həbsxana məsulları həkimlərin rəyini qulaqardına vururlar.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …