
GADTB: Sulduzdan olan 21 yaşlı azərbaycanlı tələbə, Urmiya sakini Günəş Fateh təxminən bir aylıq həbs və dindirilmədən sonra 6 milyard tümən girov qarşılığında Urmiya Mərkəzi Həbsxanasından müvəqqəti azadlığa buraxılıb.
2026-cı il aban ayının 5-də, çərşənbə axşamı yayılan məlumata görə, Kəşfiyyat İdarəsinin qüvvələri mehr ayının əvvəlində tələbənin Nəqədədəki yaşayış evinə daxil olaraq onu həbs edib və dindirilmək üçün Urmiyadakı təhlükəsizlik təcridxanasına köçürüblər.
Bildirilir ki, Günəş Fatehin həbsi “Instagram” sosial şəbəkəsində bir kanal idarə etməsi ilə bağlı olub. Tələbə, nəhayət, 2026-cı il aban ayının 2-də, şənbə günü, təxminən bir aylıq həbsdən sonra 6 milyard tümən girov müqabilində Urmiya Mərkəzi Həbsxanasının qadınlar bölməsindən azadlığa buraxılıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi