
GADTB: Azərbaycanlı fəal Mehrdad Qadiri oktyabrın 29-da, çərşənbə günü səhər tezdən Təbrizdəki iş yerinə molla rejimin təhlükəsizlik qüvvələrinin basqını nəticəsində həbs edilmişdi.
Azərbaycanlı fəal noyabrın 5-də, çərşənbə axşamı Təbriz Mərkəzi Həbsxanasının 15-ci bölməsinə köçürülüb.
Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi daha əvvəl Mehrdad Qadirini “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il 7 ay, “Demokratlar” qrupuna üzvlük ittihamı ilə isə 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdi.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi