Şənbə , Oktyabr 24 2026
azfa

Azərbaycanlı tərəfdarlar Tehranın Azadi stadionunda Urmiyanın 90 komandasının yarışında milli şüarlar səsləndiriblər – Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, 2018-ci il oktyabr ayının 18-də azərbaycanlı tərəfdarlar Tehranın Azadi stadionunda Urmiyanın 90 komandası ilə Tehranın Perspolis komandası arasında keçirilən yarışda milli şüarlar səsləndiriblər.

Stadionda rejimin qüvvələri azərbaycanlı tərəfdarlara hücum edərək çox sayda azərbaycanlını yaxalamışdılar. Lakin Urmiyanın məclisdəki millət vəkili Hadi Bahadurinin vəsatəti ilə sərbəst buraxılıblar.

Yarışın nəticəsi isə ədalətsizlik nəticəsində 0-1 hesabı ilə sona çatıb və Urmiyanın 90 komandası uduzub. Məlumata görə Tehranın Perspolis komandasının oyunçusu Ənsarifərd xəta etdiyi üçün oyundan çıxmalı idi. Lakin hakim ədalətsizlik edərək onu oyundan çıxarmadı və bir neçə dəqiqədən sonra həmin oyunçu qol vuraraq, nəticəni dəyişib.

Yarışda azərbaycanlı tərəfdarlar “Urmu gölü susuzdu – Azərbaycan oyanmasa uduzdu” və s. milli şüarlar səsləndiriblər.

 

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın