Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı vəkil və fəal Tahir Nəqəvi Evin zindanında hücuma məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal və vəkil Tahir Nəqvəi Evin zindanında hücuma məruz qalıb.

Tahir Nəqvəinin ailəsinə yaxın mənbələrdən verilən məlumata görə, Tahir Nəqəvi Evin zindanında bir qrup məhbus tərəfindən fiziki hücum, təhdid və təxribat xarakterli davranışlarla qarşılaşıb.

Azərbaycan Milli Hökumətinin qurulmasının və süqutunun ildönümü ilə eyni vaxtda Zarei adlı şahçı məhbuslardan biri Evin həbsxanasının 8-ci palatasinda şirniyyat paylamağa başlayıb və bu hadisəni “İranın xilası və monqolların məğlubiyyəti” adlandırıb. Təhrik məqsədi ilə Tahir Nəqviyə yaxınlaşaraq “Sən separatçısan, bizim İranda türk yoxdur” deyərək təhqirə keçib və fiziki münaqişə yaradıb.

Digər məhbusların müdaxiləsi ilə sona çatan bu qarşıdurma 8-ci palatanın idman salonunda bir neçə irqçi və şahçı məhbus tərəfindən türklərə qarşı şüarlar və cənab Naqəvinin separatçı adlandırması ilə təkrarlanıb.

Fəalın ailəsi onun səhhəti və təhlükəsizliyi ilə bağlı narahatlığını bildirib və bu təhlükəli vəziyyətə son qoyulması üçün təcili tədbir görülməsini tələb edib.

Həmçinin yoxlayın

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …