Cümə , Oktyabr 16 2026
azfa

Güney Azərbaycanın Ərdəbil şəhərində milli fəallar aksiya keçirdilər: “Nə unudarıq, nə də bağışlayarıq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanıə milli fəallar Güney Azərbaycan türk millətinə qarşı soyqırım və qırğınların, o cümlədən, türk dilində kitabların yandırılmasının ildönümü ərəfəsində şəhərin müxtəlif yerlərində vərəqələr yapışdıraraq aksiya təşkil ediblər.

Vərəqələrdə “1325-ci il Azər ayının 26-sında (1945-ci il dekarın 17-si) farsların Güney Azarbaycanda Türk dilində kitabları yandırmaqlarına nə ad vermək olar?! Nə unudarıq, nə bağışlayarıq!” sözləri yazılıb.

Qeyd edək ki, 79 il öncə Azərbaycan Milli Hökumətinin qurulması ilə türk dili dövlət idarələrində yenidən öz laiqli yerini almış, Azərbaycan xalqının ana dili olan bu dildə məktəblər açılmış, qəzetlər çap edilmişdir.

ncaq Pəhləvi rejimi xarici havadarlarından aldıqları yardım hesabına Azərbaycan Milli Hökumətini tezliklə işğala məruz qoymuş və Azərbaycan xalqının qısa zamanda əldə etdiyi misli görünməmiş uğurlar itirilmişdir.

Şah rejiminin İranda Türklərə qarşı yürütdüyü yoxsayma siyasəti İslam Respublikası dönəmində də birə-bir davam etmiş, bu sahədə heç bir irəliləyiş olmamışdır.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …