Şənbə , Aprel 27 2024
azfa

Azərbaycanlı vicdan məhbusu Salar Tahir Əfşar vəsiqə qarşılığında məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Salar Tahir Əfşar Urmiya zindanından vəsiqə qarşılığında 5 gün müddətinə məzuniyyətə buraxılıb.

Salar Tahir Əfşar iyunun 14-də 300 milyon tümənlik girov qarşılığında 5 gün müddətinə zindandan çıxıb.

Qeyd edək ki, Tahir Əfşar aprelin 19-da atasının evində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, bir il həbs cəzasını çəkmək üçün Urmiya həbsxanasına köçürülmüşdü.

Urmiya sakini olan türk fəal İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqində həbs edilərək ilkin məhkəmə tərəfindən “Sistemə qarşı təbliğat aparmaq” və “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamlarından 4 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra Apellyasiya Məhkəməsi ona “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamından bəraət qazandıraraq, həbs cəzasını 1 ilə endirib.

Urmiya həbsxanasının gənclər bölməsində saxlanılan Əfşar keçən ay ailəsi ilə telefon danışığı zamanı həbsxananın karantin bölməsinə köçürüldüyünü bildrimişdi. O, mayın 19-da karantin bölməsinə köçürülərək bir həftə sonra təkrar gənclər bölməsinə geri qaytarılmışdı.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …