Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Zindan rəsmiləri azərbaycanlı siyasi məhbusların birliyinə yenildi; Abbas Lisani və digər siyasi məhbuslar aclıq aksiyasını dayandırdı

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbusların birliyi qarşısında rejimin Ərdəbildəki zindanının rəhbərliyi təslim olub.  

Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani və digər azərbaycanlı siyasi məhbusların tələbləri qəbul edilib.  Bundan sonra azərbaycanlı siyasi məhbuslar aclıq aksiyasını dayandırıblar.

Bu barədə yaxınları ilə telefon əlaqəsi saxlayan azərbaycanlı siyasi məhbuslar məlumat veriblər.

Abbas Lisani deyib ki, azərbaycanlı siyasi məhbusların tələblərinin qısa müddətdə qəbul olunması aclıq aksiyasına qoşulan siyasi məhbusların birliyi, eləcə də zindan xaricində azərbaycanlı milli-mədəni fəalların geniş fəaliyyəti nəticəsində baş verib.

Abbas Lisani aclıq aksiyasına qoşulanların adından Azərbaycanda və bütün dünyada birlik göstərərək onlara dəstək verən türk fəallara minnətdarlığını bildirib.

Abbas Lisani həmçinin deyib: “Ümid edirik ki, Ərdəbil zindanıı rəhbərliyinin aclıq aksiyasına qoşulanların tələblərini qəbul etməsi İrandaki bütün zindanlarda qanunlara və insan haqları konvensiyalarının müddəalarına əməl olunmasına zəmin yaradacaq”.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …