Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Azərbaycanlı xanım məhbus rejim tərəfindən həbs edilənlərin ağır vəziyyəti barədə açıq məktub yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal və xanım məhbus Pərisa Rəfii rejim tərəfindən həbs edilənlərin ağır vəziyyəti barədə açıq məktub yazdı.

Pərisa Rəfii siyasi fəallar, xüsusilə də qadınların İran həbsxanalarında saxlanıldığı acınacaqlı vəziyyətdən bəhs edərkən deyib: “Həbsdə ikən məni sorğu-suala tutan şəxs ilə dosyemə nəzarət edən məhkəmə nümayəndəsi məni bakirəlik testinə göndərmək istədi. Bütün təzyiqlərə baxmayaraq, buna çox sərt reaksiya verdim və müqavimət göstərdim. Ona görə də istədiklərinə nail ola bilmədilər”.

Tehran Universitetinin tələbəsi məsələ ilə bağlı açıq məktub yazıb. Bildirib ki, siyasi fəalların təzyiqlərinə baxmayaraq, onları repressiyaya məruz qoyan qüvvələr təzyiqlərini azaltmayıb:

“Nəticəsinin çox ağır olacağını bildiyim halda, bu məktubu yazmağa qərar verdim. Necə ki, Beynəlxalq İşçi və Zəhmətkeşlər Günündə saxlanılanlardan Mərziyyə Əmirinin naməlum bir təcridxanaya köçürülməsinə şahid olduq və bu günə qədər kimsə onun hansı vəziyyətdə və harada saxlandığını bilmir. Mənə heç vaxt məlum olmayan bir təcridxananın təknəfərlik kamerasında 21 gün saxlandım. Siyasi məhbusların adsız təcridxanalarda saxlanması və ya intiqal edilməsi çox dəhşətlidir. Bu təcridxanalarda saxlanılan şəxslərin ailəsi onlardan xəbərsiz olur, özləri də dəhşətli psixoloji gərginlik keçirir. Onlarda elə bir təsəvvür yaradılır ki, artıq kimsənin onların harada saxlandığını bilməsi mümkün deyil. Bu, olduqca acınacaqlıdır.

Həbsdə ikən məni sorğu-suala tutan şəxs, dosyemə nəzarət edən məhkəmə nümayəndəsi ilə birlikdə məni bakirəlik testinə göndərmək istədi. Mən bütün təzyiqlərə baxmayaraq, buna çox sərt reaksiya verdim və müqavimət göstərdim. Ona görə də istədiklərinə nail ola bilmədilər. Bununla əlaqədar şikayət etmək də istədim, lakin imkan vermədilər. Mənim kəskin etirazımla rastlaşdıqdan sonra “istədik ki, bu haqda hansısa iddia olmasın” bəhanəsini gətirdilər. Ehtimal edirəm ki, bəhanə etdikləri iddia təcavüzə məruz qalmaqla bağlıdır. Halbuki, elə bir dəhşətli təcridxanada və gizli kameraların olduğu yerdə belə bir iddia irəli sürmək mənasızdır”, – siyasi fəal yazıb.

Pərisa Rəfii sözlərinin davamında həbsxanalarda yalnız siyasi məhbuslar deyil, digər cinayətlərə görə həbs edilib və ya saxlanılan məhkumların da daha ağır vəziyyətdə saxlandığını bildirib. O, məhbusların vəziyyətinin yaxşılaşdırılması üçün mübarizə aparacağını və bu istiqamətdə əlindən gələni edəcəyini vurğulayıb.

Qeyd edək ki, Pərisa Rəfii 7 illik həbs cəzasına və 74 şallaq cəzasına məhkum edilib. Buna səbəb onun universitet yataqxanası ilə bağlı aksiyada fəal iştirakıdır.

Həmçinin yoxlayın

İsrail ordusunun Baş Qərargah rəisi: İranın raket və dron hücumuna cavab qətidir

GADTB: Bazar ertəsi İsrail ordusunun yüksək rütbəli komandiri ölkənin cənubunda yerləşən Nəvatim Hərbi Hava Bazasında …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Rusiyadan Qarabağ açıqlaması: Sülhməramlılar çıxarılır?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

Bir cavab yazın