Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Azərbaycanlı yazıçı və rejissor Əli Qıbçaqşahinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB: Qərbi Azərbaycanın Sulduz (Nəqəde) şəhər sakini, azərbaycanlı yazıçı və teatr rejissoru Əli Qıbçaqşahi bir neçə gün öncə molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilib.

Həbsindən uzun müddət keçməsinə baxmayaraq onun həbsinin səbəbləri və hara köçürülməsi barədə dəqiq məlumat yoxdur, lakin çox güman ki, onun həbsi azərbaycanlı rejissorun müharibə dövrü ilə bağlı tənqidi yazıları ilə bağlıdır. Ümumiyyətlə azərbaycanlı fəalın vəziyyəti ilə bağlı heç bir məlumat verilmir.

Qeyd edək ki, son dövrlər İsraillə İran arasında hərbi münaqişədən sonra Azərbaycanda təhlükəsizlik vəziyyəti güclənib, ETTELAAT orqanları tərəfindən azərbaycanlı fəalların həbsləri artıb.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …