Çərşənbə , Noyabr 11 2026
azfa

Azərbaycanlı yazıçı və rejissor Əli Qıbçaqşahinin vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB: Qərbi Azərbaycanın Sulduz (Nəqəde) şəhər sakini, azərbaycanlı yazıçı və teatr rejissoru Əli Qıbçaqşahi vəsiqə qarşılığında zaminə buraxılıb.

O, 400 milyon tümənlik girov müqabilində azadlığa buraxılıb.

Həbsindən uzun müddət keçməsinə baxmayaraq onun həbsinin səbəbləri və nədə ittiham olunması barədə dəqiq məlumat yoxdur, lakin çox güman ki, onun həbsi azərbaycanlı rejissorun müharibə dövrü ilə bağlı tənqidi yazıları ilə bağlıdır.

Qeyd edək ki, İsraillə İran arasında hərbi münaqişədən sonra Azərbaycanda təhlükəsizlik vəziyyəti güclənib, ETTELAAT orqanları tərəfindən azərbaycanlı fəalların həbsləri artıb.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …