GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ziyalı Əkbər Azad yaxalandıqdan sonra zindana köçürüldüyünü xəbər verib.
Tehranda yaşayan azərbaycanlı yazıçı və tanınmış hərəkatçı Əkbər Azad avqustun 12-i Axşam saatlarında ailəsi ilə telefon əlaqəsi saxlaya bilib. Bu, onun saxlanılandan ilk telefon əlaqəsidir.
Əkbər Azad telefon danışığında Tehran zindanının karantin bölməsinə yerləşdirildiyini bildirb.
Qeyd edək ki, azərbaycanlı ziyalı Əkbər Azad avqustun 9-da Baharistanın Dövlət və İnqilab Məhkəməsinə getdikdən sonra məhkəmə məmurları tərəfindən yaxalanıb.
Yaxınlarının bildirdiyinə görə, o, zəmanət vəsiqəsini dəyişdirmək üçün Dövlət və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinə getmişdi. Məhkəmə məsulları onun zəmanət vəsiqəsinin dəyişdirilməsi ilə razılaşmayıb və onu həbs ediblər.
Əkbər Azad 2014-cü ildə isə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “Milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.