Cümə , Aprel 26 2024
azfa

Urartu kitabəsində Alban ölkəsi haqqında ilk məlumat

GADTB: E.ə. IX əsrin ortalarında Şərqi Anadolu ərazisində yaranmış Urartu dövləti bir əsrdən artıq müddət ərzində işğalçı müharibələr yolu ilə ərazisini genişləndirdi. Urartuluların Cənubi Qafqaza ilk hücumları İşpuini və onun oğlu Minuanın hakimiyyəti dövrlərində (e.ə. IX əsin sonları) başladı. E.ə. VIII əsrin ortalarında Urartu qoşunlarının Göyçə gölü hövzəsinə hücumları gücləndi. Van gölü yaxınlığında qayalıq ərazidə Urartu hökmdarı II Sardurinin hücumlarından bəhs edən Xəzinə qapısı (digər adı Analıqız) kitabəsində Göyçə gölü ətrafında yaşayan qədim Azərbaycan tayfalarının adları çəkilmişdir. Xəzinə qapısı kitabəsi ilk dəfə 1827-ci ildə “Fransa Asiya cəmiyyəti” tərəfindən Şərqi Anadoluya göndərilmiş gənc tədqiqatçı Fridrix Eduard Şults tərəfindən qeydə alınmışdır. Sonra isə bu kitabəni Nerses Sarkisyan adında bir erməni keşişi 1864-cü ildə Venesiyada nəşr etdiyi kitabında yanlış olaraq “erməni tarixinə aid qədim yazılı abidə” kimi təqdim etmişdir. Nəhayət, həmin əsrin sonlarında A. Seysin və J. Sandalçiyanın araşdırmaları nəticəsində bu kitabənin ermənilərə yox, qədim urartululara aid olduğu müəyyən edilmişdir. 

Alban ölkəsinin adı ilk dəfə Xəzinə qapısı kitabəsində KURqu-ʼa-al-ba-ni kimi çəkilir. Bu kitabədə albanlarla yanaşı e.ə. 743-cü ildə II Sardurinin hücumuna məruz qalan utilərin ölkəsi Etiu, Kuman boyunun ölkəsi kamniu kimi çəkilmişdir. Xəzinə qapısı kitabəsində deyilir: “Sarduri deyir: Elə həmin ildə üçüncü dəfə Arkukini ölkəsinə hücum etdim, Arkukini ölkəsini, Adahuni ölkəsini, Luipruni ölkəsini, Eşuma ölkəsini, Kamniu ölkəsini, Kuʼalban ölkəsini, Uhuni ölkəsini, Teriani ölkəsini məğlub etdim”.

Urartulular bu hüzum zamanı qədim Azərbaycan tayfalarının dinc həyatına zərbə vursa da, burada daimi olaraq möhkəmlənə bilməmişdir.

Ramin Əlizadə

AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …