Bazar , Sentyabr 27 2026
azfa

Azərbaycanlıların etirazından sonra Urmiyanın millət vəkili də Tehranda Azərbaycana qarşı təxribatı pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin işğalçı Ermənistanın baş naziri Paşinyana Tehranda Xocalı soyqırımının ildönümündən bir gün sonra qucaq açması və üstəlik Tehranın Ararat İdman Kompleksində “Qarabağ Ermənistandır” yazılmış bannerin nümayişi Güney Azərbaycanda fəalların kəskin etirazı ilə yanaşı Urmiyanın millət vəkili Hadi Bahaduri tərəfindən də pislənib.

Güney Azərbaycanın Urmiya şəhərinin rejimin məclisindəki millət vəkili Hadi Bahaduri işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı qətliamının ildönümündə Tehrana səfər etməsinə etiraz edərək deyib:  “Dağlıq Qarabağ islam və Azərbaycanın torpağıdır, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. İran İslam Respublikası və onun rəhbərinin də mövqeyi bundan ibarətdir.

Dövlət qonşu ölkələrlə əlaqələrini gücləndirməklə Amerika Birləşmiş Ştatlarının bölgədə apardığı siyasətə qarşı mübarizə aparır. Lakin Xarici İşlər Naziliyi ixtilafların qızışmasına icazə verməməlidir. Əslində İran Azərbaycan Respublikası ilə münasibətlərinə xələl yetirilməsini istəmir”.

Azərbaycanlı millət vəkili Nikol Paşinyanın məhz Xocalı qətliamının ildönümündə Tehrana səfər etməsinə etiraz edərək deyib: “Hesab eliyirəm ki, indi bu səfərin vaxtı deyildi, bu, başqa bir vaxtda həyata keçirilməli idi. Biz Ermənistanla həmsərhəd ölkələrik. Ona görə də bu ölkə ilə əlaqələrimizin olması təbiidir. Amma bu əlaqələr ölkənin əsas və rəsmi siyasətinə uyğun olmalıdır. Biz parlamentdə xarici işlər nazirinə sual ünvanlayacayıq. Nazirlik açıqlamalıdır ki, nə üçün İran İslam Cümhuriyyətinin sərhədləri daxilində onun rəsmi siyasətinin əleyhinə belə bir hadisə baş verməlidir?!”

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın