Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Azazərbaycanlı fəallar məhkəmədə özlərini türkə müdafiə etdikləri üçün cəzalandırıldılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Milad Əkbəri, Əkbər Cahangiri və Murtaza Pərvin irqçi fars rejimin Kəleybərdə yerləşən məhkəməsində özlərini türcə müdafiə etdiklərinə görə 4 ay həbs və 40 şallaq zərbəsi ilə cəzalandırılıblar.

Həmin üç azərbaycanlı fəal barədə heç bir günahları olmadan rejimin məhkəməsi qiyabi şəkildə 4 ay həbs və 40 şallaq zərbəsi qərarı çıxarmışdır. Ədalətsiz qərara etiraz edən fəallar yenidən aprel ayının 4-də mühakimə olmuşdur. Onlar  məhkəmənin iclasında iştirak edərək müdafiə mətnlərini türk dilində hazırlayıb hakimə təqdim etmişdilər. Buna ilk öncə qarşı çıxan hakim, fəalların israrına tabe olmağa məcbur qalıb və türk dilində yazılmış mətni qəbul etmişdi.

“Babək qalasında qanunsuz toplaşmaq və qeyri-ənənəvi şüarlar səsləndirməklə ümumi asayişi pozmaq” kimi saxta ittihamla mühakimə edilən fəallara 4 ay həbs və 40 şallaq zərbəsi qərarı çıxarılmışdır. Lakin son məhkəmə iclasının qərarına əsasən fəalların hər biri 18 milyon rial ödəyərsə, həbs cəzası cərimə cəzası ilə əvəzlənəcək. Əks halda fəalların hər biri 4 ay müddətinə həbs olunmalıdır. Lakin sonda məlum olub ki, rejimin məhkəməsi fəalları türkcə özlərini müdafiə etdikləri üçün yekun olaraq, 4 ay həbs və 40 şallaq zərbəsinə məhkum edib.

 

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın