Şənbə , Aprel 18 2026
azfa

Bəhreyn 111 İran casusunu həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bəhreyn ölkədə fəalliyyət göstərən 111 İran agentini həbs edib. Bu barədə məlumatı Bəhreynin Baş prokuroru Əhməd əl-Həmadi sentyabrın 26-da yaydığı bəyanatda bildirib.

O, ölkədə fəaliyyət göstərən qrupu İranın yardımı ilə “Bəhreyn Hizbullahı” adlı siyasi təşkilat yaradaraq, ölkənin milli təhlükəsizliyinə qarşı təxribat aparmaqda günahlandırıb.

Bəyanatda həmçinin bildirilir ki, saxlananların bəziləri “Bəhreyn Hizbullahı” qruplaşmasına qoşulmadan öncə İranda SEPAH-ın qərargahlarında və müxtəlif xarici ölkələrdə hərbi təlimlər keçib.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın