Bələdiyyə başçısının etirafı: Son 50 ildə Şərqi Azərbaycana əhəmiyyətli sərmayə qoyulmayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti o həddə çatıb ki, bəzən dövlət rəsmiləri də etiraf etməyə məcbur olurlar.

Təbriz bələdiyyəsinin başçısı Yəqub Huşyar da bu məsələyə dolayı yolla etiraf edərək deyib ki, son 50 ildə hökumət Şərqi Azərbaycan əyalətinə kifayət qədər sərmayə qoymayıb, əyalətin və Təbrizin iqtisadiyyatının dirçəldilməsi üçün ciddi tədbirlərə ehtiyac var.

O həmçinin deyib: “Şərqi Azərbaycan əyaləti ölkədə iqtisadiyyatının 96%-i özəl sektorun əlində olan yeganə əyalətdir və bu səbəbdən də bura dövlət sərmayəsinin cəlb olunması zəruridir”.

Huşyar Şərqi Azərbaycan əyaləti və Təbriz şəhərinin uzun illərdir İranın iqtisadi mərkəzlərindən biri olduğunu və qeyri-neft ixracatında mühüm rol oynadığına diqqət çəkib və bunun son illər zəiflədiyini söyləyib.

Yəqub Huşyar deyib ki, bütün çətinliklərə baxmayaraq ötən il Şərqi Azərbaycan əyalətindən dünya bazarlarına 1 milyard 542 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib.

Təbriz bələdiyyə başçısı Təbriz və Şərqi Azərbaycan əyalətinin ötən illərdə müxtəlif istehsal sektorlarında xarici sərmayədarların cəlb olunması baxımından ölkədə ikinci sırada olduğundan narahatlığını ifadə edib.

O deyib: “Əyalətin yüksək potensiala malik olduğuna görə Prezident Məsud Pezeşkian hökuməti əyalətə investisiya cəlb olunması məsələsinə ciddi yanaşmalıdır”.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …