Çərşənbə , İyun 24 2026
azfa

Pezeşkian: “Təklif etdiyim kabinetin hamısına etimad göstərin”

GADTB: Məsud Pezeşkian bu gün İran parlamentinin plenar iclasında təklif etdiyi Nazirlər Kabineti üçün müdafiə çıxışı etdikdən sonra “X” hesabında millət vəkillərinə səslənərək yazıb:

“Bu gün İranın böhranları aradan qaldırmaq üçün milli konsensusa, milli həmrəyliyə və milli birliyə ehtiyacı var. Milli Birlik hökuməti bu prinsiplər əsasında qurulub. İran parlamentinin hörmətli üzvlərindən xahiş edirəm ki, ölkənin müxtəlif sahələrdəki vəziyyətinə anlayış, həmrəylik və diqqət göstərməklə hökumətin qurulması üçün təklif edilən bütün kabinetə etimad səsi versinlər”.

Qeyd edək ki, Pezeşkian seçki oyununda verdiyi bütün vədlərin əksinə olaraq Ruhani və Rəisinin kabinetindən ibarət ən irqçi və korrupsioner nazirləri kabinetinə toplayıb. Bu da seçki oyununa aldanıb Pezeşkiana səs verənlərin narazılığına səbəb olub.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin anım tədbirində çıxış edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Tramp: Tehran Hörmüz boğazından keçən gəmilərdən pul alsa, danışıqlar dərhal başa çatacaq

GADTB: ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bildirib ki, İran İslam Respublikası …