Cümə axşamı , Sentyabr 17 2026
azfa

Bəluc ana İranın Vətəndaşlıq Qeydiyyatı İdarəsinin onun övladına “Əlihan” adı əvəzinə başqa ad qeyd etdiyini deyir

GADTB: Bəluc ana İranın Vətəndaşlıq Qeydiyyatı İdarəsinin onun övladına “Əlihan” adı əvəzinə başqa ad qeyd etdiyini deyir.

Kirman əyalətinin Qəlegənc şəhərindən olan Bəluc əsilli ana Vətəndaşlıq Qeydiyyatı İdarəsinin onun övladına Əlihan adının verilməsinə qarşı çıxdığını və doğum şəhadətnaməsində başqa ad yazdığını deyir.

Körpənin anası Cəmilə Camgövhəri Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlum 29 avqust 2025-ci ildə anadan olub və biz ona Əlihan adını seçmişik. Amma yoldaşım doğum şəhadətnaməsini almağa gedəndə Qəlegəncdəki vətəndaşlıq qeydiyyatı məmurları dedilər ki, bu türk adıdır və biz bu adı seçə bilməyəcəyik, bundan sonra onlar doğum şəhadətnaməsinə zorla Behnia adını yazdılar. Uşağın cinsiyyəti bəlli olandan bəri biz onun üçün Əlihan adını seçmişdik. Qeydiyyat idarəsi övladımıza istədiyimiz adı qoymaq hüququnu əlimizdən almaqla bizi böyük kədərə düçar etdi.” – deyə uşağın anası bildirib.

Qeyd edək ki, “Əlihan” 2021-ci ildə Şərqi Azərbaycan əyalətində oğlan uşaqları üçün ən çox qoyulan beş ad arasında olub.

Ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …