Cümə axşamı , Oktyabr 15 2026
azfa

Zəncanda məktəblinin cəzalandırılması ölümlə nətiələndi

GADTB: Zəncan əyalətinin Səhərin kəndində yerləşən məktəblərdən birində 14 yaşlı şagird Nima Nəcəfi qəfil ürək tutması nəticəsində dünyasını dəyişib. Hadisə oktyabrın 2-də səhər saatlarında, şagirdin məktəb tərəfindən cəza olaraq həyətdə qaçmağa məcbur edilməsindən sonra baş verib.

Mərhumun əmisi bildirib ki, məktəb kameralarının görüntülərinə əsasən, Nima iki dəfə qaçdıqdan sonra növbəyə durmaq istədiyi an özünü pis hiss edib və yerə yıxılıb. Onun artıq çəkisi və yaşına görə fiziki yüklənməsi ürək dayanması ilə nəticələnib.

Zəncan Tibb Elmləri Universitetinin təcili yardım şöbəsinin müdiri İbrahim Xosrovşahi hadisə ilə bağlı açıqlamasında deyib ki, təcili yardım əməkdaşları dərhal hadisə yerinə göndərilsə də, məktəblini xilas etmək mümkün olmayıb.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …