Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Babək Qalası Qurultayı ərəfəsində tutulan azərbaycanlı fəalların sayı 50 nəfəri keçdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Güney Azərbaycanda Babək Qalası Qurultayı ərəfəsində həmin qurultayın keçirilməsinin qarşısını almaq üçün Güney Azərbaycanın müxtəlif şəhərlərində 50 nəfərdən çox azərbaycanlı fəalı indiyə qədər yaxalamışdır.

Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı fəalların həbsinin davamında tanınmış meşginşəhərli (xiyavlı) milli-mədəni fəal Aydın Zakiri və daha iki fəal Səid Sinedar və Şahin İsmailpurla birlikdə Babək qalasına çıxarkən irqçi fars rejimin məmurları tərəfindən yaxalandı.

Azərbaycanlı fəallar Həmid Qüvvəti, Həmid Ədib və Məhəmməd Xakpur də irqçi fars rejimin məmurları tərəfindən yaxalanıb.

Ərdəbildən babək qalasına gələn mühəndis Həmid Qüvvəti Kəleybərin girişində yaxalanaraq Əhər şəhərinin təcridxanasına aparılıb.

Həmçinin azərbaycanlı fəallar Fərhad Cidii, Mehdi Qulabi və Firuz Moini irqçi fars rejimin məmurları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Ərdəbilli fəallar Murtaza Pərvin, Höccət Fikri, Əli Ruhbəxş və Məhəmməd Azad iyulun 4-ü axşam saatlarında Kəleybər şəhərinin girişində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, naməlum istiqamətə aparılıb.

Həmçinin iyul ayının 5-də səhər saatlarında isə ərdəbilli fəallar Əli (Ayət) Xeyrcu, Tohid Əmirçəməni, Meysəm Colani və Əli Colani, kəleybərli fəallar Qasim Mahmudi və Mahmud Mahmudi ilə birlikdə Babək qalasına daxil olan ərazidə irqçi fars rejimin məmurları tərəfindən yaxalanaraq, naməlum istiqamətə aparılıblar.

Güney Azərbaycanın Sarab şəhərində isə Səhənd Məali irqçi fars rejimin məmurları tərəfindən iyulun 5-də günortadan sonra yaxalanıb.

Həmin gün Babək qalasına getmək istəyən azərbaycanlı fəallar Səccad Şohiri, Əli Ziya Gərgəri və Seyid Kərimi Əhərdə irqçi fars rejimin məmurları tərəfindən yaxalanıb.

Güney Azərbaycanın Salmas şəhərində isə azərbaycanlı incəsənət xadimi Abbas Nikrəvan iyul yının 5-də Sepah-ın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.. Onlar fəalı yaxaladıqdan sonra onun iş yerinə gedib, qapının qıfılını açaraq mağazaya daxil olduqdan sonra axtarış aparıblar. Axtarış nəticəsində A.Nikrəvana məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefonu, ləptob, kitab, əlyazmalar və s. məmurlar tərəfindən götürülüb.

Qeyd edək ki, keçən günlərdə Babək qalası yürüşü ərəfəsində Ərdəbil, Tehran, Urmiyə, Təbriz və Bostanabadda Abbas Lisani, Əsgər Əkbərzadə, Rəhim Qulami, Səid Sadiqifər, Mehdi Huşmənd, Abdulla Huşmənd, İbrahim Nuri, Cəfər Rüstəmi, Səccad Colani, Fərəc Nuri, Murtaza Yəzdani, Kiyumərs İslami, Səccad Əbdüli, Rəhim Sasani, Murtaza Məhəmmədi, Əli Vasiqi və Səccad Sidqi adlı azərbaycanlı fəallar yaxalanmışdı.

İrqçi fars rejimin məmurları həmçinin Məhərrəm Kamrani, Saleh Molla Abbasi, Əkbər Əbulzadə, Nima Abbaspur və Mehdi Zəncir Bulaği Əhərdə, Fərdim Muradpur, Ramin Cəbraili, Siyamək Kuşi, Əbülfəzl Cani, Nasir Əlimuradi, Yunis Zariyun, Rəşid Daneşcuyi və Səccad Budaqi Təbrizdə təhlükəsizlik orqanlarına çağırılaraq sorğu-suala tutulub və təhdid edilib. Onlara bildirilib ki, Babək qalası yürüşünə qatılacaqları təqdirdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanacaqlar.

Urmiyada Ulduz Qasimi və Əşkan Səadətpur, Əhərdə Məcid Nağızadə, Xoyda Cavad Əhmədi Yekanlı, Ərdəbildə isə Əli Xeyrcu, Murtaza Pərvin, Mehdi Əjdəri, Meysəm Colani və Rəhim Novruzi təhlükəsizlik qüvvələri müraciət etdiyi zaman ev və ya iş yerlərində olmadıqları üçün məmurlar tərəfindən təqib olunur.

İrqçi fars rejimin təhlükəsizlik məmurları müxtəlif şəhərlərdə təxminən 100 nəfər azərbaycanlı fəala zəng edərək onlara Babək Qalası Qurultayına qatılmaqla bağlı xəbərdarlıq ediblər.

 

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın