GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən cümə günü, Azərbaycan Milli Hərəkatının bir sıra fəallarının adları, o cümlədən Əli Lasani, Mehdi Lasani, Maüysəm Colani, Behzad Dəşti, Rza Vasiqi, Pejman Səlimi və adları hələlik müəyyən edilməmiş bir neçə fəal molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilib.
Adı çəkilən fəallar Babək qalasından enərkən və geri qayıdarkən molla rejimin ETTELAAT muzdluları tərəfindən döyülərək həbs ediliblər.
Məhbusların mobil telefonlarının söndürülməsi onların ailələrinin narahatlığını artırıb.
Çoxlu sayda azərbaycanlı fəal Babək qalasına qalxıb, musiqi və rəqs mərasimləri icra ediblər. Molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilənlərin sayının daha çox olacağı ehtimal edilir.