Cümə axşamı , Avqust 20 2026
azfa

Babülməndəb boğazı sahilində ərazinin husilər tərəfindən ələ keçirilməsi planı ilə bağlı xəbərdarlıq

QADTB: Fransa Xəbər Agentliyi çərşənbə günü Yəmənin rəsmi hökumətindəki bir nazirə istinadən xəbər verib ki, İranın dəstəyindən yararlanan Yəmən husiləri Babülməndəb boğazı ətrafındakı sahil bölgəsini ələ keçirmək üçün hücuma hazırlaşırlar.

Bu xəbərdarlıq ciddi narahatlıq doğurur. Çünki husilərin planı uğurla həyata keçərsə, Hörmüz boğazının bağlanmasından sonra strateji əhəmiyyəti daha da artan bu mühüm su yoluna nəzarəti ələ keçirmələri asanlaşa bilər.

Babülməndəb boğazı Qırmızı dənizi Ədən körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşdirir. Boğazın ən dar hissəsinin eni təxminən 28 kilometrdir. Babülməndəb Süveyş kanalı vasitəsilə Asiya, Avropa və Yaxın Şərq arasında dəniz daşımalarının əsas marşrutlarından biridir. Dünyanın neft tələbatının təxminən 12 faizi və mayeləşdirilmiş qaz tələbatının 8 faizi bu boğazdan keçir.

Yəmənin şiə husiləri İsrail və ABŞ-ın İrana qarşı birgə müharibəsində Tehranı dəstəkləyiblər. Onlar ötən ilin Tir ayının sonlarından etibarən İran İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazındakı addımlarına bənzər şəkildə Babülməndəb boğazını da bağlayacaqları ilə hədələyirlər.

Fransa Xəbər Agentliyinin Yəmən hökumətinin informasiya naziri Müəmmər əl-İryaniyə istinadən yazdığına görə, husilərin silahlı dəstəsi «Yəmənin qərb körfəzi sahillərində mövcudluğunu genişləndirmək və Qırmızı dənizdəki strateji Yəmən adalarını ələ keçirməklə Babülməndəb üzərində nəzarəti ələ keçirmək üçün şərait yaratmağa çalışır». Hazırda husilər Yəmənin sahil bölgələrinin böyük hissəsinə birbaşa nəzarət etmirlər. Onların nəzarətində ölkənin şimalındakı mühüm liman şəhəri Hudeydədir. Husilər bundan əvvəl də Qırmızı dənizdə hərəkət edən gəmilərə dəfələrlə hücum ediblər.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …