Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Gürcüstanda hər 15 nəfərdən biri Azərbaycan türkcəsində danışır

Gürcüstanda Azərbaycan türkcəsi ana dili kimi ən çox istifadə olunan ikinci dilə çevrilib.

Bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin 2024-cü il əhali siyahıyaalınmasının nəticələrində qeyd olunub.

Məlumata görə, Gürcüstan əhalisinin 6,8 faizinin ana dili Azərbaycan dilidir. Bu isə təxminən hər 15 nəfərdən birinin Azərbaycan dilini ana dili hesab etməsi deməkdir. Ölkədə 265 min 534 nəfər Azərbaycan dilini ana dili kimi göstərib.

Azərbaycan dili ana dili göstəricisinə görə yalnız gürcü dilindən geri qalır. Gürcü dili əhalinin 85,1 faizinin ana dilidir. Bu dili ana dili kimi göstərənlərin sayı 3 milyon 343 min 987 nəfərdir.

Gürcüstanın rəsmi statistikasında Azərbaycan dilinin mövqeyinin son onillikdə gücləndiyi də görünür. Belə ki, 2014-cü il siyahıyaalınması ilə müqayisədə Azərbaycan dilini ana dili kimi göstərənlərin sayı təxminən 15 faiz artıb

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …