Cümə , Aprel 19 2024
azfa

Bakıda III Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” simpoziumu keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 25-27 oktyabr tarixlərində Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” simpoziumu keçirilib.

Simpoziumun proqramı konfrans, tematik sərgilər, ustad dərsləri, moda nümayişi və satış yarmarkasından ibarət idi. Tədbirə 22 ölkədən 83 iştirakçı qatılıb.

Simpoziumun təşkilatçıları – YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС) və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyidir.

Media dəstəyini AMEA Mərkəzi Elmi Kitabxana, Day.az, Trend.az, Milli.az, Azernews.az xəbər portalları, “Felt Fashion” (Rusiya), “Carpet Collector” (Almaniya) və “FiltzFun” (Almaniya) jurnalları göstərir. Onlar müntəzəm olaraq simpoziumla bağlı xəbərlər yayımlayır.

Simpoziumda Azərbaycan, ingilis, rus və türk dillərində elmi konfrans təşkil olundu. “Keçə tarixindən”, “Ənənələr və müasirlik” “Keçə geyim və interyerdə”, “Muzey kolleksiyalarında keçə”, “Keçənin bədii və texniki xüsusiyyətləri”, “Keçə müasir incəsənətdə” və “Keçə moda dünyasında bir trend kimi” mövzular üzrə sessiyalar kecirildi. Oktyabrın 25-də Azərbaycan Xalça Muzeyində “Ənənəvi keçə sənəti” və “Keçə müasir incəsənətdə” sərgilərinin açılış mərasimi baş tutdu. Azərbaycanlı ustalarla yanaşı, türk, rus, qırğız, macar, isveç, amerikalı keçəçi-rəssamların da əl işləri təqdim olundu.

Simpozium çərçivəsində keçə sənətində dünyaca məşhur türk üstalarının ustad dərsləri təşkil edildi. Mehmet Girgiç və Teresa May-O’Brien tərəfindən “Osmanlı” texnikası üzrə ustad dərsləri iki gun ərzində davam etdi. Bununla yanaşı, oktyabrın 27-də Selçuk Gurişikın nuno-keçə üzrə ustad dərsləri də təşkil olundu.

Simpozium günləri ərzində Azərbaycan Xalça Muzeyində Azərbaycan və digər ölkə ustalarının yaratdığı keçə sənət nümunələrindən ibarət üç günlük satış-yarmarkası keçirildi.

Yadda qalan tədbirlərdən biri “Four Seasons Baku” otelində keçə sənətinin müasir modada tətbiq olunmasını əks etdirən moda nümayişi oldu. Burada Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan və Qazaxıstandan gələn 7 modelyer keçə sənətindən bəhrələnərək bu texnikada hazırladıqları libasları təqdim etdi. Moda nümayişi zamanı iştirakçı və qonaqlar üçün hədiyyələrlə dolu uduşlu loloteya keçirildi. Tədbirdə “Qaya” qrupu çıxış etdi.

 

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın