Cümə axşamı , Oktyabr 29 2026
azfa

Bakıda “Türk dünyasının nağıl bağı” kitabının təqdimatı olacaq

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, dekabr ayının 8-də Bakıda yerləşən Azərbaycan Xalça Muzeyində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının TÜRKSOY-la birgə layihəsi əsasında çap olunan “Türk dünyasının nağıl bağı” kitabının təqdimatı və uşaqların nağıllara çəkdikləri rəsmlərin sərgisi keçiriləcək.

Məlumata görə, layihənin reallaşdırılmasında məqsəd türk xalqlarının bədii təfəkküründən, zəngin təxəyyülündən, fəhmindən, duyumundan doğan, həmişəyaşarlıq hüququ qazanan kamil ağız ədəbiyyatı nümunələrini nağıllar vasitəsilə yaşatmaqdır.

Həmçinin yoxlayın

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Bir cavab yazın