Çərşənbə axşamı , May 13 2025
azfa

BARIŞ PINARI Hərəkatı ilə bağlı Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) qısa baxışı!

GADTB: Türkiyə və Özgür Suriya Ordusu  hərəkatını başladı. Çoxdan gözlənilən Türkiyə ordusunun ulusal hərəkatı ən sonunda Cümhurbaşqanı Tayib Erdoğanın əmrilə başlarkən PYD-PKK terroru hədəf alındı. Sivil insanlara ziyan gəlməsin deyə, Türkiyə ordusunun aylardan öncə incə hesabları sürməkdədir. Suriyanın terrordan arınması bu ölkənin xalqlarının ən böyük arzusudur. İstər dövlət terrorizmi, istərsə çeşidli silahlı terror qruplarının son illərdəki varlığı bu ölkəni və dolayısıyla bölgəni qan çanağına çevirmişdir. Bölgənin ən böyük dövləti sayılan Türk İqtidarının eyn zamanda demokratiya, insan haqları və millət-ölkə sorumluluğu vardır. PYD-PKK terrorizmi demokratiya, insan və Türk düşmanlərı olaraq bölgənin oda çəkilməsini istəyir. Bu terrorizmin kökü quruduqca ən böyük qazancı kürd xalqı əldə edəcəkdir. Bölgənin gərginliyini özünün çirkin hakimiyyətinə bağlayan faşist farsçı rejimin bütün çabalarına qarşın güclü Türk ordusunun “Barış Pınarı” hərəkatı Suriyanın da, İraqın da farsçı dövlət terrorizmindən arınmasına kəskin şərayət yaraldacaqdır.

Biz, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) olaraq Türk Ordusunun “BARIŞ PINARI” hərəkatını bütün varlığımızla dəstəkləyir, Türk ordusunun zəfərlə vətənə qayıtmasını diləyirik. Şübhəsiz ki, güclü Türk ordusunun bölgəyə barış, demokratiya və insancıl yaşam gətirəcəyi günlərə az qalmışdır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Tehran kitab sərgisində Dədə Qorqud kitabının satışına qadağa qoyulub

GADTB: İrqçi fars-molla rejimi Tehran kitab sərgisində Dədə Qorqud kitabının satışına qadağa qoyub. Bu haqda …

Molla rejimi Güney Azərbaycanda “Yaylıq” nəşriyyatının fəaliyyəti qadağan etdi

GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT İdarəsi bu şəhərdə fəaliyyət göstərən “Yaylıq” nəşriyyatının fəaliyyətinə qadağa …

Bir cavab yazın