Çərşənbə axşamı , Aprel 14 2026
azfa

Baxımsızlıq üzündən Məşrutə rəhbəri Baqir xanın evi narkomanların sığınacaq yerinə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Azəırbaycana və onun milli qəhrəmanlarına ayrıseçkilik siyasəti nəticəsində Məşrutə hərəkatının qəhrəmanı və Səttarxanın silahdaşı Baqir xanın evi narkomanların sığınacaq yerinə çevrilib.

Tarixi evin bərpası ilə bağlı uzun müddətdir davam edən müraciətlər cavabsız qalıb və bununla əlaqədar verilən vədlər də yerinə yetirilməyib.

Təbrizin Xiyaban məhəlləsində yerləşən tarixi ev bir il əvvəl tarixi abidələr siyahısına salınsa da, binanın bərpası ilə bağlı bir iş görülmür.

Hazırda yarı dağılmış halda olan ev narkomanların sığınacağına çevrilib.

2020-ci il oktyabrın 3-də Təbriz Şəhər Şurasının Mədəniyyət Komisiyasının sədri Şəkur Əkbərnejad Baqir xanın evinin bərpa olunacağı ilə bağlı vəd vermişdi. Həmçinin Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəisi Əhməd Həmzəzadə də Baqir xanın evinin bərpa olunacağını bildirmişdi.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …