GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin qəsdən baxımsız vəziyyətdə saxladığı üçün Təbrizin tarixi buzxana dağılıb.
Təbrizin Milləlmüttəhid küçəsində yerlləşən və Səfəvi dövrünə aid olan həmin tarixi tikili baxımsızlıq üzündən dağılıb.
Qeyd edək ki, bundan öncə isə Qacarlar dönəmində tikilən Beylankı buzxanası tarixi əsərlər siyahısına salınsa da, məqsədli şəkildə baxımsız vəziyyətdə saxlanılıb, məhv edilmə təhlükəsilə qarşılaşdığı bildirilirdi. Tarixi abidənin zibilliyə çevrildiyi bildirilirdi.
Təbrizin Abbasi məhəlləsində yerləşən həmin tarixi abidə şəhərin qədim məhəlləsi Bağmeşənin keçmiş Kələntəri kompleksinin tərkibində olub və 2006-cı ildə, 18687 qeydiyyat nömrəsi ilə ölkənin tarixi abidələr siyahısına salınıb.
Beylankı Təbriz şəhərinin ən qədim və tarixi məhəllələrindən sayılır. Elxanlılar dönəmində Qazan xan və Rəşidəddin Həmədani tərəfində tikilən Rübi Rəşidi Universiteti məhəllənin əhəmiyyətini daha da artırmışdır.
İran rejimi Azərbaycanın tarixi abidələrinə belə münasibətlər bəsləməklə əslin həmin abidələrin tədrici məhvinə şərait yaradır.