
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin yeni “Bayraqdar TB3” PUA-sı növbəti uçuş sınağını uğurla başa vuraraq 6 km-dən çox yüksəkliyə qalxıb.
Bu barədə BAYKAR-ın idarə heyətinin sədri Səlcuq Bayraqdar X sosial şəbəkəsində yazıb.
“Bayraqdar TB3” doqquzuncu uçuş sınağını 20.000 futda uğurla başa vurdu”, – deyə o bildirib.